İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal uğrunda mübarizə aparacaq

Tokio, 20 fevral, /AJMEDIA/

Birləşmiş Ərəb Əmirliklərinin Fujeyra şəhərində keçirilən Karate1 Premyer Liqa seriyası yarışında Azərbaycanın daha bir karateçisi finala yüksəlib.

AJMEDIA xəbər verir ki, 68 kiloqram çəki dərəcəsində mübarizə aparan İrina Zaretska bütün rəqiblərinə qalib gələrək adını finala yazdırıb. Turqut Həsənov, Pənah Abdullayev (hər ikisi 68 kg), eləcə də kataçımız Roman Heydərov bürünc medal uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, bundan əvvəl komandamızın üzvü Tural Ağalarzadə (67 kq) də final görüşünə vəsiqə qazanıb.

Xatırladaq ki, Azərbaycan komandası yarışda, ümumilikdə 9 idmançı ilə təmsil olunur.

Fevralın 20-dək davam edəcək nüfuzlu turnirdə 55 ölkədən 342 karateçi iştirak edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts