Tokio, 20 fevral, /AJMEDIA/
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda XX əsrin əvvəllərinə təsadüf edilən “Bakının poçtu və teleqrafı” albomu qorunur.
Bu barədə AJMEDIA-ya muzeydən məlumat verilib.
Albomda 32 fotoşəkil yer alıb. Həmin fotoşəkillər həm müəssisənin daxili fəaliyyətini, həm də o dövrdə Bakının bina və qismən də küçələrinin mənzərələrini əks etdirir.