Bölgələrdəki mədəniyyət müəssisələrində “Şuşa İli”nə həsr edilmiş silsilə tədbirlər təşkil olunub

Tokio, 16 fevral, /AJMEDIA/

Ağdaş Regional Mədəniyyət İdarəsi (RMİ) Zərdab rayon Həsən bəy Zərdabi Muzeyində keçirilən “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa” adlı tədbirdə muzeyin direktoru Vəfa Bayramova və digər qonaqlar mövzu ətrafında çıxış ediblər.

AJMEDIA xəbər verir ki, Masallı RMİ-nin Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Şuşa mədəniyyətimizin beşiyidir” adlı tədbir keçirilib. Tədbirdə Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsinin əhəmiyyətindən danışılıb, Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə sayəsində ölkəmizin beynəlxalq arenada söz sahibinə çevrildiyi qeyd olunub.

Bərdə RMİ-nin Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı olan Aran-2 qəsəbə Mədəniyyət evi “Şuşa abidələr şəhəridir” adlı tədbir təşkil edib.

Sabirabad RMİ-nin Saatlı rayon Mədəniyyət Mərkəzinin 2 saylı şəhər klubunda Şuşa şəhərinin əsasının qoyulmasının 270 illiyi və Qarabağ xanı Pənahəli xan barədə məlumat xarakterli toplantı təşkil olunub. Tədbirdə mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ağstafa RMİ-nin Tovuz rayon Düz Qırıqlı kənd Uşaq musiqi məktəbində “Əziz Şuşa, sən azadsan!” başlıqlı tədbir keçirilib. Məktəbin müəllimləri mövzu ətrafında çıxış edib, şagirdlər şeirlər səsləndirib.

Şəki RMİ-nin Balakən rayon Mədəniyyət Mərkəzində “Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır” adlı ədəbi-bədii kompozisiya təşkil edilib. Tədbirdə regional idarənin rəhbərliyi və əməkdaşları, 1-ci və 2-ci Qarabağ müharibəsi əlilləri və şəhid ailələri, Balakən rayonunda fəaliyyət göstərən idarə və təşkilatların nümayəndələri, mədəniyyət işçiləri iştirak ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts