Yaponiyanın Baş naziri Ukraynadakı vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirib

Tokio, 14 fevral, /AJMEDIA/

Fevralın 14-də Yaponiyanın Baş naziri Fumio Kişida Ukraynadakı vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirib.

AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno ənənəvi mətbuat konfransı zamanı məlumat verib.

“Baş nazir Fumio Kişida əlaqədar nazirlərin iştirakı ilə keçirilən görüşdə potensial münaqişə zonasında vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi və gərginliyin azaldılması üçün diplomatik səylərin artırılması barədə göstəriş verib”, – deyə baş katib bildirib.

H.Matsuno əlavə edib ki, Yaponiya Ukrayna ətrafında gərginliyin artmasını diqqətlə izləyir, Belarusda hərbi təlimlərdən və Rusiya hərbi gəmilərinin Qara dənizdə toplanmasından narahatlığını bildirir. Vəziyyət qeyri-müəyyənliyi ilə diqqəti cəlb edir və böyük narahatlıq yarada biləcək kəskin dəyişmələr baş verə bilər.

Baş katib vurğulayıb ki, Yaponiya Ukraynanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyib. Həmçinin ABŞ, Almaniya, Böyük Britaniya, İtaliya, Kanada və Fransanın da daxil olduğu G7 ölkələri ilə birlikdə vəziyyətə reaksiya verməyə hazırdır.

Qeyd edək ki, ötən həftə Yaponiya Baş nazirinin dəftərxanası yanında xüsusi böhran qərargahı yaradılıb və o, Ukraynada vəziyyətlə əlaqədar operativ məlumatların toplanması və təhlili ilə məşğuldur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts