Tokio, 13 fevral, /AJMEDIA/
Tacikistana COVAX proqramı çərçivəsində 600 min doza “Moderna” peyvəndi gətirilib.
AJMEDIA Tacikistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ötən il ölkəyə COVAX proqramı çərçivəsində 12,6 milyon doza “CoronaVac”, “AstraZеneca”, “Moderna”, “Pfizer” və “Sputnik-V” peyvəndləri göndərilib.
Qeyd olunur ki, indiyədək ölkədə peyvənd olunanların sayı 4,59 milyon nəfərdən çoxdur.
Pandemiya dövründə Tacikistanda 17 min 369 nəfər xəstələnib, onların 17 min 230-u sağalıb, 124 xəstə dünyasını dəyişib.