Bu gün ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı olacaq

Tokio, 12 fevral, /AJMEDIA/

Bu gün Vaşinqton vaxtı ilə səhər saatlarında (Bakı vaxtı ilə günün ikinci yarısında) ABŞ və Rusiya prezidentləri Cozef Bayden və Vladimir Putin arasında telefon danışığı baş olacaq.

AJMEDIA Amerika KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Ağ evin nümayəndəsi bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezidentlər arasında telefon danışığının Amerika tərəfinin təşəbbüsü ilə fevralın 12-nə planlaşdırıldığını təsdiqləyib.

ABŞ və Rusiya prezidentləri sonuncu dəfə telefonla ötən ilin sonunda danışıblar. Bundan öncə, dekabrın 7-də onlar video-konfrans vasitəsilə danışıqlar aparıblar. Cozef Bayden və Vladimir Putin arasında ilk təkbətək görüş isə 2021-ci ilin iyununda Cenevrədə olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts