Qarabağın tarixi–mədəni irsinə dair respublika elmi konfransı keçiriləcək

Tokio, 12 fevral, /AJMEDIA/

Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə noyabr ayında “Qarabağın tarixi–mədəni irsi” adlı respublika elmi konfransı keçiriləcək. Konfrans ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təşkil olunacaq.

Muzeydən AJMEDIA-ya bildirilib ki, konfransda iştirak etmək üçün məruzələr iyunun 1-dək [email protected][email protected] e-poçt ünvanlarına göndərilməlidir.

Konfrans Qarabağın maddi-mənəvi irsi və muzeylər, Qarabağın abidələri və görkəmli ziyalıları, Qarabağ irsinin muzey kolleksiyalarında təbliği məsələləri, Qarabağda müasir dövrdə aparılan mədəni quruculuq işləri mövzularını əhatə edəcək.

Məruzələrin tərtibatına dair tələblər haqqında məlumat muzeyin saytında yerləşdirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts