Tokio, 11 fevral, /AJMEDIA/
Cənubi Koreyanın Yesu şəhərindəki neft-kimya zavodunda baş verən partlayışda 4 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
AJMEDIA xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 9:26-da (Bakı vaxtı ilə 4:26) “Yeochun NCC” şirkətinə məxsus zavodda baş verib. Hadisə yerinə gələn xilasedicilər və yanğınsöndürənlər 4 nəfərin meyitini tapıblar. Yaralı halda tapılanlar xəstəxanalara yerləşdiriliblər.
Polis partlayışın zavodun istilik mübadiləsi sisteminin sınağı zamanı baş verdiyini güman edir.