Özbəkistanda 2021-2022-ci tədris ili üçün turizm sahəsi üzrə təqaüdlü təhsil imkanı

Tokio, 11 Sentyabr, /AJMEDIA/

Özbəkistan Respublikasının “Silk Road” International University of Tourism” ali təhsil müəssisəsi 2021-2022-ci tədris ili üzrə Şanxay Əməkdaşlıq Təşkilatına (SCO) üzv və tərəfdaş olan ölkələrdən əcnəbi vətəndaşlara təqaüdlü təhsil proqramı elan edir.

Bu barədə AJMEDIA-ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ali təhsilin magistratura səviyyəsi üzrə elan edilən təqaüd proqramı müxtəlif ixtisasları əhatə edir. Təqaüd proqramına sentyabrın 30-dək müraciət etmək olar. Ətraflı məlumatla nazirliyin saytındakı elan vasitəsilə tanış olmaq mümkündür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts