Tokio, 9 fevral, /AJMEDIA/
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən futbol üzrə klublararası dünya çempionatının ilk finalçısı müəyyənləşib.
AJMEDIA xəbər verir ki, ilk yarımfinal oyununda Braziliyanın “Palmeyras” komandası Misirin “Əl-Əhli” kollektivi ilə üz-üzə gəlib. Rəqibini 2:0 hesabı ilə məğlub edən Braziliya təmsilçisi turnirin finalına vəsiqə qazanıb.
Yarımfinal mərhələsinin digər görüşü – “Əl-Xilyal” (Səudiyyə Ərəbistanı) – “Çelsi” (İngiltərə) matçı bu gün keçiriləcək.
Fevralın 12-də yekun vurulacaq çempionatın hazırkı qalibi Almaniyanın “Bavariya” komandasıdır.