Xüsusi effektlərin yaradıcısı vəfat edib

Tokio, 9 fevral, /AJMEDIA/

Xüsusi effektlərin yaradıcısı, prodüser və rejissor Duqlas Tramball 80 yaşında vəfat edib.

AJMEDIA xəbər verir ki, bu barədə onun qızı Emi Tramball məlumat yayıb.

“Atam iki il xərçəng, beyin şişi və insultla mübarizə apardıqdan sonra ötən gecə dünyasını dəyişib”, – deyə o, feysbuk hesabında yazıb.

Qeyd edək ki, D.Tramball “Səssiz qaçış” (1972), “Beyin fırtınası” (1983), “Gələcəyə qayıdış… yürüş” (1991) filmlərinin rejissoru olub. O, “2001: Kosmik Odissey” (1968), “Üçüncü növdə yaxın görüşlər” (1977), “Ulduz yolu” (1979) və “Blade Runner” (1982) kimi filmlərin effektləri üzərində işləyib və son üç ekran işinə görə, “Oskar” mükafatına namizəd olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts