Şahmat üzrə Azərbaycan çempionatında ilk gedişlər edilib

Tokio, 6 fevral, /AJMEDIA/

Fevralın 5-də Naxçıvan Şahmat Mərkəzində şahmat üzrə kişilər arasında keçirilən Azərbaycan çempionatına start verilib.

AJMEDIA-nın məlumatına görə AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, çempionat Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbovun şahmat lövhəsi üzərindəki rəmzi gedişləri ilə start götürüb.

Naxçıvan Muxtar Respublikasının ardıcıl olaraq ikinci dəfə ev sahibliyi etdiyi çempionatda 24 zəka sahibi birincilik uğrunda mübarizə aparır.

Qeyd edək ki, fevralın 4-də açılış mərasimi keçirilən kişilər arasında Azərbaycan çempionatına fevralın 18-də yekun vurulacaq. Çempionatda I-IV yerləri tutmuş şahmatçılar mart ayında Sloveniyada keçirilən kişilər arasında Avropa çempionatına vəsiqə qazanacaqlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts