Avstraliyada Novruz: Türk birliyi və ənənələri güclənir

Tokio, 14 mart, /AJMEDIA/

Ardıcıl ikinci ildir ki, Kvinslend ştatının türk icmaları tarixi və mədəni əhəmiyyətə malik qədim Novruz bayramını qeyd etmək üçün bir araya gəldilər.
AJMEDIA vibemedia.net.au saytına istinadla xəbər verir ki, Avstraliyadakı Azərbaycan Assosiasiyaları Alyansının üzvü olan Kvinslend Azərbaycan Milli Assosiasiyasının (ANAQ) regionun hər yerindən türk icmaları ilə birgə təşkil etdiyi festivalı, zəngin mədəni irsi və bu gözəl bayramın ənənələrinin nümayişinə çevrilib.
Türk xalqları üçün ən mühüm milli bayramlardan biri olan Novruz ümid, yenilənmə, birlik rəmzidir. Novruz yeni ilin gəlişini qeyd etməkdən daha çox təbiətin dirçəlişini, işığın qaranlığa qalib gəlməsini və həyatın yenilənməsini təmsil edir. Türk sivilizasiyalarında kök salmış bu qədim bayram mədəni zənginlik və icma harmoniyasının irsini təcəssüm etdirərək min illər boyu qeyd olunur.
Novruz bayramının 2009-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi onu beynəlxalq miqyasda tanıdıb. Bununla da festivalın sülhü, həmrəyliyi, təbiətlə harmoniyanı təşviq edən və xalqlar arasında mədəni körpü rolunu oynadığı vurğulanıb. Bu gün də Novruz müxtəlif icmalar arasında əlaqələri gücləndirən və qlobal miqyasda qeyri-maddi mədəni irsi qoruyan birləşdirici qüvvə kimi xidmət etməkdə davam edir.
Brisbendə qeyd olunan builki bayram regionda Novruzun varlığını daha da gücləndirərək davam edən ənənənin bir hissəsinə çevrildi. Qeyd edək ki, bu tədbir təkcə Avstraliyada deyil, bütün Cənub yarımkürəsində hadisə idi. Çünki o, bütün türk xalqlarının nümayəndələrini ortaq irs və mədəniyyətin vahid bayramı çərçivəsində bir araya gətirməyi bacardı. Belə ki, festival Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tatarıstan və Kiprdən olan nümayəndələri ortaq mədəni irslərini qeyd etmək üçün bir araya gəldilər. Tədbirdə türk dünyasının zəngin müxtəlifliyinə nəzər salmaq imkanı verən milli mətbəx, xalq musiqisi və ənənəvi geyimlər canlı nümayiş etdirildi.
Bu şənlik türk icmaları arasında mədəni əlaqələri gücləndirməklə yanaşı, Avstraliyanın multikultural kimliyinə də töhfə verdi. Bununla türk diasporu Novruzu yeni vətənlərində qeyd edərək Avstraliyanın sosial strukturunu zənginləşdirməklə yanaşı, ata-baba adət-ənənələrini qoruyub saxlamağa sadiq olduğunu nümayiş etdirdi.
Tədbirdə çıxış edən Azərbaycan Assosiasiyaları Alyansının sözçüsü Novruz bayramının birlik və yenilənmə rəmzi kimi əhəmiyyətini qeyd etdi: “Bu bayram coğrafi sərhədlərindən asılı olmayaraq türk xalqlarını birləşdirən davamlı bağların sübutudur. O, həmçinin icmalarımızda həmrəylik hisslərinin gücləndirilməsində mədəni irsin rolunu vurğuladı”.
Həmçinin, Brisbendəki tarixi bayram Avstraliyadakı türk icmaları üçün əhəmiyyətli bir mərhələ oldu və onları bir-birinə bağlayan davamlı tarixi və mədəni əlaqələrin xatırladılmasına xidmət etdi. Novruz ümidi və birliyi ruhlandırmaqda davam edərkən, dünyanın yeni guşələrində qeyd olunması bu irsin gələcək nəsillər üçün yaşadılmasını da təmin etdi.
Tədbir türk dünyasının mədəni irsinin qorunub saxlanması və təbliği, eyni zamanda Avstraliyanın multikultural mədəniyyətinə töhfə vermək üçün yenilənmiş öhdəliklə yekunlaşdı.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts