30 aprel Xüsusi Təyinaylı Qüvvələrin yarandığı gündür- Zəkiyyə Müzəffərqızı

Tokio, 30 aprel , /AJMEDIA/

30 aprel 1999- cu il Azərbaycan tarixinin şanlı səhifəsinə qızıl hərflərlə yazılaraq XÜSUSİ TƏYİNATLI QÜVVƏLƏRİNİN yaranma günü kimi tarixə düşüb. Müdafiə Nazirliyinin nəzdində yaradılmış XTQ- nin formalaşması I Qarabağ müharibəsi iştirakçıları olmuş zabit və gizirlərin iştirakı ilə baş verib və Türkiyə Silahlı Qüvvələrinin peşəkar təlimçi zabitlərinin özünəməxsus rolu olub. Beləliklə, Azərbaycan Silahlı Qoşunlarının Xüsusi Təyyinatlı Qüvvələri daha mükəmməl şəkildə təkmilləşdirilərək XTQ – yə General-leytenant Hikmət Mirzəyev rəhbər təyin edilib. Vətənimizin azadlığı və bütövlüyü uğrunda indiyə qədər gedən bütün döyüşlərdə XTQ heyyətinin göstərdiyi cəsarəti, çevikliyi, igidlik və qəhrəmanlıqları misilsiz və əvəzolunmazdır.
Mənim üçün iftixar və qürur doğuracaq bir hissdir ki, ömrünün və həyatının 22 ilini qüsursuz xidmətləri ilə Vətənə həsr edən canım qardaşım XTQ- nin şəhidi baş gizir Yusifov Mehman Musa oğlu belə bir möhtəşəm qurupun üzvü olub. O, şəhadətə yüksəldiyi ana qədər XTQ heyyətinin tərkibində misilsiz xidmətləri ilə daima fərqlənərək şəhidliyindən sonra da Dövlət və Müdafiə Nazirliyi tərəfindən yüksək ” Qarabağ” ordeninə layiq görülmüşdür. Qardaşım Mehman Musa oğlunun simasında cəmi şəhidlərimizin müqəddəs ruhu qarşısında dərin hörmət və ehtiramla baş əyirəm! İnanıram ki, bu günkü əlamətdar və müqəddəs bir gündə şəhidlərimizin ruhu gülümsəyir. Çünki, müqəddəs şəhidlərimizin yarımçıq qalan arzularını həyata keçirəcək qəhrəmanlıq və igidlik səlnaməsnin əsasını qoyan XTQ heyyəti var olduqca Qələbə və Zəfər müjdəsi Azərbaycan xalqının sevinc və uğur nəğməsinə çevriləcək.
Bu mübarək gün münasibətilə Vətən keşiyində duran bütün igidlərimizi əsgər və zabitlərimizi səmimi qəlbdən təbrik edir onlara can sağlığı, gözəl mənalı və bərəkətli ömür diləyirəm. Arzu edirəm müqəddəs üç rəngli bayrağımız daima uca zirvələrdə dalğalansın. Bayramınız mübarək olsun Azərbaycan igidləri, bayramınız mübarək olsun Vətən oğulları! Hər zaman əzəmətli və Uca Rəbbim sizlərə yar olsun AMİN. İNŞALLAH

Follow us on social

Facebook Twitter Youtube

Related Posts