21 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə qrup mərhələsində bu gün sonuncu oyununu keçirəcək

Tokio, 14 iyun , /AJMEDIA/

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə qrup mərhələsində bu gün sonuncu oyununu keçirəcək.
AJMEDIA xəbər verir ki, millimiz səfərdə Norveçin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Drammen şəhərindəki “Marienlyst” stadionunda, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq Norveç – Azərbaycan qarşılaşmasını Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Luka Bilbiya olacaq. Ona Goran Dujak, Amer Maciç kömək edəcəklər.
Dördüncü hakim vəzifəsini isə Antoni Bandiç yerinə yetirəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts