2022-ci ilin “Şuşa İli” elan edilməsi mədəniyyət paytaxtımızın inkişafına böyük təkan verəcək

Tokio, 18 fevral, /AJMEDIA/

Şuşa işğaldan azad edildikdən sonra şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb, mədəni-kütləvi tədbirlərin keçirilməsi bərpa edilib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsi Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın inkişafına böyük təkan verəcək.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikirlər Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qaradağlı kənd mədəniyyət evində “Şuşa Qarabağın döyünən ürəyi, Şuşa Qarabağın zümrüd tacıdır” adlı tədbirdə səsləndirilib. Ağdam Rayon İcra Hakimiyyətinin, gənclər və idman idarəsinin nümayəndələrinin, mədəniyyət işçilərinin və məktəblilərin iştirak etdiyi tədbirdə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi yad edilib, Azərbaycanın Dövlət Himni oxunub.

Qaradağlı kənd Mədəniyyət evinin müdiri Zənurə Mirzəyeva, Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ziya Hümbətov, Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov və başqaları çıxış edərək, Şuşa şəhərinin tarixi, qədim abidələri, mədəniyyət və incəsənət xadimləri haqqında məlumat verib, 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə, doğma torpaqlarımızın işğaldan azad edilməsindən və müharibədən sonra aparılan quruculuq işlərindən danışıblar.

Sonda Qaradağlı kənd tam orta məktəbinin müəllim və şagirdləri Şuşaya həsr olunmuş şeirlər söyləyiblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts