Botanika İnstitutu və Fransa Milli Elmi Tədqiqatlar Mərkəzi əməkdaşlığa başlayır

Tokio, 20 aprel , /AJMEDIA/

AMEA Botanika İnstitutu və Fransa Milli Elmi Tədqiqatlar Mərkəzi (CNRS) arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Bu barədə AJMEDIA-ya Botanika İnstitutundan məlumat verilib. Bildirilib ki, memorandumu institutun baş direktoru professor Səyyarə İbadullayeva və Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) regional nümayəndəsi Jerome Vitre imzalayıblar.
Elmin inkişafına istiqamətləndirilmiş memoranduma əsasən tərəflər arasında palinoloji, paleobotaniki və botaniki sahələr üzrə birgə tədqiqatlar aparmaq, kadr və təcrübə mübadiləsi, müştərək layihələrin və ekspedisiyaların təşkili, toplanan tədqiqat nümunələrinin mübadiləsi, maraqlı tərəfləri cəlb etməklə toplantı, seminar və konfransların keçirilməsi nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts