14 iyul 1969

Məqalə dörd il bundan əvvəl qələmə alınıb.

Tokio, 15 iyul , /AJMEDIA/

Bu gün Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişindən 49 il ötür. 14 iyul 1969-cu ildə respublika siyasətinə cavabdeh seçilən Heydər Əliyev və məxsusi bu gün haqda çox şey yazılıb, deyilib və bundan sonra da bu davam edəcəkdir. Bir millət üçün müstəqillikdən öncəki (faktiki olaraq kolonial) dövr nədən belə əhəmiyyətli olduğu bəlkə də qəribə görünərdi, amma az-az istisnalar var ki, onlar olmadan, özlərindən sonrakı hadisələri mümkünsüz edərdi. Bir deyim var, “böyük ondan uzaqlaşdıqca yaxşı görünür”. 49 il uzaqdan baxanda Heydər Əliyevin birinci dönəmi millətə (bir siyasi toplum olaraq) nə verdi? Birinci dönəm olmasaydı indiki Azərbaycan necə görünərdi? Yəqin ki, bu barədə çoxumuz düşünmüşük.
Heydər Əliyevin 1969-cu ilin iyulunda təhvil aldığı Azərbaycanın elitası kosmopolit, rusdilli idi. Paytaxt Bakı demək olarkı Azərbaycan deyildi. Heydər Əliyev sosyal-iqtisadi alətlərin köməyi ilə çox az bir müddətə bunu dəyişməyə nail oldu. Ondan öncə elitanın formalaşması prosesi əsasən imperiya mərkəzinə bağlı klientalist bir mühitdə baş verirdi. Belə bir mühitdə, millət öz elitasını formalaşdıra bilmir, çünki “sosyal lift”lər çalışmırdı. Belə olduğu halda millətin ən layiqli övladları “mədəni sürətdə” siyasi idarəetmədən kənar saxlanılır rus, erməni və s qeyri-azərbaycanlı mənşəli elitanı qoruyub saxlayırdı. Heydər Əliyev Azərbaycan kəndini dirçəltməklə, bunadək görünməmiş sərmayələr yatırmaqla vəziyyəti dəyişdi. Kəndin güzaranı artdı, ilk dəfə kəntlinin əlinə sözün əsl mənasında real pul çatdı. O illərdə əsasən 4 illik məktəbləri olan yüzlərlə kənddə 859 yeni məktəb tikildi, ordakı minlərlə uşaqlar/gənclər üçün perspektiv açdı, yəni yuxarıda bəhs etdiyimiz “sosyal lift”i qurdu. Minlərlə milli ruhlu gənc ali təhsil/ixtisas aldı, inkişaf etdi və 20 il sonra meydanlara çıxıb müstəqil Azərbaycan dövləti üçün səsini qaldırdı, Qarabağın sakitcə verilməsinə yox dedi, bir sözlə öz dövlətinə sahib çıxdı.
Müəllif: Anar İbrahimov

Follow us on social

Facebook Twitter Youtube

Related Posts