Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib

Tokio, 7 fevral , /AJMEDIA/

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəlzələdəki çoxsaylı insan tələfatı ilə bağlı başsağlığına görə təşəkkür edib.
AJMEDIA xəbər verir ki, bu barədə Əminə Ərdoğan tviter hesabında paylaşım edib.
“Hörmətli Mehriban, başsağlığı mesajınıza və dərdimizi bölüşdüyünüzə görə ürəkdən təşəkkür edirəm. Can Azərbaycan çətin günümüzdə yardımımıza ilk gələnlərdən oldu. Dəstəyiniz üçün təşəkkür edirik. Dostlarımızın yanımızda olduğunu bilmək xoşdur”, – deyə paylaşımda qeyd olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts