Əlli dörd ildə Məkkəyə 99 milyondan çox zəvvar gəlib

Tokio, 25 iyun , /AJMEDIA/

Səudiyyə Ərəbistanının Statistika İnstitutu 1968-ci ildən müqəddəs torpaqlara Həcc ziyarətinə gələnlərlə bağlı statistik məlumatların toplanmasına başlayıb.
AJMEDIA xəbər verir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi SPA məlumat yayıb.
Qeyd olunub ki, 54 il ərzində 99 milyondan çox zəvvar Məkkəyə səfər edib. Bu ildə 2,4 milyon insan Həcc ziyarətinə gedir.
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyindən verilən məlumata görə, cari ildə əcnəbi zəvvarlar üçün Həcc ziyarəti xərcləri 39 faiz azaldılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts