Əlcəzair səfirliyi: Parlament diplomatiyası iki qardaş ölkə arasındakı əlaqələri gücləndirəcək

Tokio, 15 noyabr , /AJMEDIA/

Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi Milli Məclisdə Azərbaycan-Əlcəzair parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasını alqışlayır.
Bu barədə AJMEDIA-ya səfirlikdən məlumat verilib.
Bildirilib ki, səfirlik parlament diplomatiyasının iki qardaş ölkə arasındakı əlaqələri gücləndirə biləcəyinə inanır.
Səfirlik xatırladır ki, 2022-ci ilin iyunundan bəri Əlcəzair Milli Xalq Məclisində Əlcəzair-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts