Əlcəzair portalı Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının yaradılmasından yazıb

Tokio, 23 Oktyabr, /AJMEDIA/

Əlcəzairin “Əl Hərir” portalı Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının yaradılması barədə AJMEDIA-nın xəbərini və fotoşəkillərini yayımlayıb.

Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində müxtəlif ərəb ölkələrində fəaliyyət göstərən azərbaycanlı icması ilə keçirilən görüşdən sonra Dubay şəhərində Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının təsis toplantısı keçirilib. Ərəb ölkələrində yaşayan və işləyən nüfuzlu diaspor nümayəndələri, elm və mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirdə çıxış edənlər diasporun təşkilatlanmasının əhəmiyyəti və bu sahədəki problemlərdən, ölkəmizlə bağlı məlumatların dünya mediasında işıqlandırılmasının vacibliyindən söz açıb, Qarabağda qazandığımız Qələbənin hər bir azərbaycanlıda böyük ruh yüksəkliyi yaratdığını bildiriblər. Müzakirələrin nəticəsi olaraq Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının təsis edilməsi barədə qərar qəbul olunub. Şuranın yol xəritəsi hazırlanıb, gələcək fəaliyyətinə dair fikir mübadiləsi aparılıb, soydaşlarımızın təklifləri dinlənilib. Koordinasiya Şurasının Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Misir, Qətər, Oman və Səudiyyə Ərəbistanı üzrə əlaqələndiriciləri seçilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts