Tokio, 9 Oktyabr, /AJMEDIA/
Əfqanıstanın Kunduz şəhərindəki Seyid-Abad məscidində terror aktı törədilib.
AJMEDIA xəbər verir ki, partlayış nəticəsində 100-dən çox insan həlak olub.
“Aamaj News” xəbər agentliyi terrorçu kamikadzenin insanların cümə namazına toplaşdığı vaxtda aksiya törətdiyi barədə məlumat yayıb.
“Taliban” hökumətinin nümayəndəsi Məhəmməd Cəlal terror aktını İŞİD qruplaşmasının törətdiyini bildirib.