Tokio, 2 mart , /AJMEDIA/
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda açılışı olmuş sərgidə Şərq-müsəlman ədəbiyyatının nadir əlyazmaları nümayiş etdirilir.
AJMEDIA xəbər verir ki, Kral Fəysal Mərkəzində təşkil olunmuş sərgidə nümayiş etdirilən 36 qədim əlyazma arasında eramızdan əvvəl I əsrdə yaşadığı düşünülən Bəydəba tərəfindən qələmə alınmış “Kəlilə və Dimnə“ əsərinin VIII əsrdə İbn Əl-Muqaffahın ərəb dilinə tərcümə etdiyi ikinci surəti, XIV əsr böyük Şərq filosofu İbn Xəldunun “Kitab əl İbar Əl Mübtəda və Əl Xabar” əsərinin, Əl İmam Malikin topladığı və iki min il yaşı olan əlyazmalar toplusu, XVI əsrdə Romada nəşr edilmiş “İncil”in ərəb dilində tərcüməsi və digər qiymətli əlyazmalar var. Ziyarətçilərin ən çox diqqətini cəlb edən isə Misirdəki Məmlük dövründə ən mahir xəttatların nəfis şəkildə işlədiyi “Qurani-Kərim” nüsxəsidir.
Sərginin təşkilatçıları bu eksponatları 187 min əlyazmanın arasından seçiblər və Kral Fəysal Tədqiqatlar və İslam Mərkəzinə təqdim ediblər.