Tokio, 28 Oktyabr, /AJMEDIA/
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən ilin dekabrından etibarən qazilərin yüksək texnologiyalı protezlərlə təminatına başlayıb. Vətən müharibəsində yaralanaraq aşağı və yuxarı ətraflarını itirmiş 157 nəfər qazi 166 yüksək texnologiyalı son nəsil protezlə təmin edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AJMEDIA-ya verilən məlumata görə, onlardan 144-ü aşağı ətraflarını itirmiş qazilərdir. Həmin qazilərə təqdim edilən “Genium” tipli yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. İstifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı hərəkətə, qeyri-bərabər səthlərdə addımlamağa, müxtəlif məkanlarda maneəsiz dönməyə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir.
Yüksək texnologiyalı protezlə təmin edilmiş digər 13 nəfər isə yuxarı ətraflarını itirmiş qazilərdir. Onlar “ÖSSUR Touch Bionics” protezləri ilə təmin olunub. Bu protezlər yuxarı ətrafları amputasiya olunmuş şəxslərə xüsusi proqram təminatı vasitəsilə sosial həyata daha tez və rahat inteqrasiya olunmaq imkanı yaradır. “ÖSSUR i-Limb Ultra” bioelektrik əl darağının 18 fərqli tutma variantı mövcuddur. Komplektə istifadəçinin seçiminə uyğun fərqli rəng və ölçülərə malik 6 silikon əlcək da daxildir.