Əlcəzair portalı dahi bəstəkar Üzeyir Hacıbəyli haqqında məqalə yayımlayıb

Tokio, 8 aprel , /AJMEDIA/

Əlcəzairin “Əl Hərir” portalında “Şuşa-musiqi akademiyası” rubrikasında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığından bəhs edən məqalə yayımlanıb.

AJMEDIA xəbər verir ki, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ərəb dilində təqdim etdiyi və tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlunun müəllifi olduğu məqalədə dahi bəstəkarın İslam mədəniyyətinə böyük töhfə verdiyi qeyd olunub. Müəllif diqqətə çatdırıb ki, Üzeyir Hacıbəyli müsəlman Şərqində romantik və kamera musiqisinin, opera, xor, vokal və digər janrların banisi kimi tanınır. Məhz onun 1908-ci ildə səhnəyə qoyulan “Leyli və Məcnun” operası İslam dünyasında ilk opera olub. Bəstəkarın 1936-cı ildə yazdığı “Koroğlu” operası isə Sovet İttifaqı dövründə Stalin mükafatına layiq görülüb. O, həmçinin Şərqdə ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Himninin musiqisini bəstələyib.

Məqalədə Üzeyir Hacıbəylinin ilk musiqi təhsilini Azərbaycanın musiqi akademiyası Şuşada aldığı, bu qədim şəhərin, həmçinin “Kiçik Paris”, “Qafqaz incəsənəti məbədi”, “Transqafqaz konservatoriyası” adlandığı diqqətə çatdırılıb. Müəllifin dahi bəstəkarın həyatı, publisist kimi fəaliyyəti barədə geniş məlumatı da ərəbdilli oxuculara çatdırılıb.

Sonda xatırladılıb ki, dahi bəstəkarın 100 illik yubileyi UNESCO səviyyəsində təntənə ilə qeyd edilib, hər il Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts