“Zirə” klubu “Şamaxı” ilə yoxlama oyunu keçirəcək

Tokio, 20 mart , /AJMEDIA/

“Zirə” futbol klubu milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədə yoxlama matçı keçirəcək.
AJMEDIA kluba istinadla xəbər verir ki, paytaxt təmsilçisi “Şamaxı” ilə qarşılaşacaq.
Martın 25-də Zirə İdman Kompleksində keçiriləcək görüş saat 16:00-da başlayacaq.
Qeyd edək ki, “Zirə” Azərbaycan Premyer Liqasında 37 xalla turnir cədvəlində dördüncü, “Şamaxı” isə 20 xalla doqquzuncu pillədə qərarlaşıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts