“Zirə” klubu Antalyada Rumıniyanın “Çindia” komandasına qalib gəlib

Tokio, 10 yanvar , /AJMEDIA/

Antalyada təlim-məşq toplanışında olan Bakının “Zirə” futbol klubu ilk yoxlama oyununda qələbə qazanıb.
AJMEDIA xəbər verir ki, Rumıniyanın “Çindia” klubu ilə görüş Bakı təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
“Zirə”nin heyətində Coşqun Diniyev, Toni Qomes və Hamidu Keyta fərqləniblər.
Qeyd edək ki, yanvarın 18-dək Antalyada hazırlaşacaq “Zirə” ayın 17-də iki yoxlama matçı keçirəcək. Baş məşqçi Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda həmin gün “Szeged-Csanad” (Macarıstan) və “Radniçki” (Serbiya) ilə üz-üzə gələcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts