Site icon AJMEDIA Azərbaycanca

“Zirə” klubu yeni transferlə heyətini gücləndirib

Tokio, 6 yanvar , /AJMEDIA/

“Zirə” yeni futbolçu ilə anlaşıb.

Klubdan AJMEDIA-ya verilən məlumata görə, “qartallar” Rafael Utziqi heyətinə qatıb.

İyirmi yeddi yaşlı hücumçu ilə 1,5+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, braziliyalı futbolçu karyerası ərzində ölkəsinin “Foz do İqausu”, “Kaskavel”, “Ypiranqa”, “Parana”, “Sianorçe” klublarının şərəfini qoruyub. Ölkəmizdə “Qəbələ”də də çıxış etmiş Utziq son olaraq Cənubi Koreya “Sunqnam Asan”ında çıxış edib.

Exit mobile version