Zelenski: Müharibənin tezliklə başa çatması üçün lazım olan “Milad atəşkəsi” deyil

Tokio, 6 yanvar , /AJMEDIA/

Kreml Milad bayramından Ukrayna hərbçilərinin Donbasda irəliləyişini ən azı bir müddət dayandırmaq və Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə yaxınlaşmaq üçün vasitə kimi istifadə etmək istəyir.
AJMEDIA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində söyləyib.
Zelenski xatırladıb ki, noyabrın 15-də Ukrayna özünün sülh formulunu təqdim edib.
“Onun bəndlərindən biri Rusiya işğalçı qoşunlarının ölkəmizin ərazisindən çıxarılmasını nəzərdə tutur. Bu, atəşi, insan itkilərini və ümumilikdə müharibəni dayandırmaq üçün zəmanətli və etibarlı yoldur”, – deyə Zelenski bildirib.
Prezident Zelenski vurğulayıb ki, Rusiya Ukrayna tərəfinin təcavüzü dayandırmaq təklifindən imtina edib və ümumiyyətlə, sülhə can atmır.
“İndi onlar Milad bayramından ordumuzun Donbasda bir müddət irəliləyişini dayandırmaq, texnika, sursat və səfərbər edilmiş insanları mövqelərimizə yaxınlaşdırmaq üçün vasitə kimi istifadə etmək istəyirlər”, – deyə Zelenski əlavə edib.
O bildirib ki, müharibənin tezliklə başa çatması üçün lazım olan heç də “Milad atəşkəsi” deyil.
Qeyd edək ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya yanvarın 6-da saat 12:00-dan yanvarın 7-də saat 00:00-dək Ukraynanın bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiq edilməsi barədə göstəriş verib.
V.Putin bu addımı Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin müraciətini nəzərə alaraq atıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts