“Zaqreb Open” turniri: Daha bir güləşçimiz gümüş medal qazanıb

Tokio, 5 fevral , /AJMEDIA/

Xorvatiyada keçirilən “Zaqreb Open” turnirinin sonuncu günündə Azərbaycanın yunan-Roma güləş yığması daha bir medal qazanıb.
AJMEDIA xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan Nihat Məmmədli finala qədər irəliləsə də, həlledici görüşdə iranlı Mehdi Nejada məğlub olaraq, gümüş medal əldə edib.
Nihat Məmmədli finala kimi ardıcıl olaraq Yustas Petraviçyus (Litva), Murad Məmmədov (Azərbaycan), Kriştian Keçkemeti (Macarıstan) və Razvan Arnauta (Rumıniya) qalib gəlib.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) və Georgi Meşvildişvili (125 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq), Xadjimurad Qadjiyev (70 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) bürünc medal əldə ediblər. Qadınlardan Alyona Kolesnik (59 kq) bürünc medala sahib çıxıb. Yunan-Roma güləşçisi Taleh Məmmədov (63 kq) isə qızıl medala sahib çıxıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts