“Zəfər” məktəblilərarası I tarix olimpiadasına start verilib

Tokio, 11 noyabr , /AJMEDIA/

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Zəfər” məktəblilərarası I tarix olimpiadasına start verilib.
Bu barədə AJMEDIA-ya BŞTİ-dən məlumat verilib. Bildirilib ki, olimpiadanın keçirilməsinin əsas məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətən müharibəsində qazanılmış Qələbə və qəhrəman Ordumuzun Zəfər Yolu barədə məktəbliləri məlumatlandırmaq, həmçinin istedadlı şagirdləri üzə çıxarmaqdan ibarətdir.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin VIII-X sinif şagirdləri arasında təşkil olunmuş olimpiada 3 mərhələdən (məktəb, şəhər və final) ibarətdir. Müsabiqənin məktəb mərhələsində şagirdlər 1 saat vaxt ərzində 25 sualdan ibarət test tapşırığını həll edəcəklər. Birinci mərhələdən uğurla keçən şagirdlər mərkəzləşmiş qaydada təşkil olunmuş şəhər turunda iştirak etmək hüququ qazanacaqlar. Şəhər turunun nəticələrinə əsasən, yüksək nəticə əldə etmiş şagirdlər diplom, medal və hədiyyələrlə təltif olunacaqlar.
Həmçinin olimpiadanın final mərhələsinə çıxan şagirdlər arasında breyn-rinq təşkil olunacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts