Zəfər Günündə ulu öndər Heydər Əliyevin Sankt-Peterburqdakı barelyefi ziyarət edilib

Tokio, 9 noyabr , /AJMEDIA/

Noyabrın 8-də Sankt-Peterburqda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
AJMEDIA xəbər verir ki, mərasimdə çıxış edən Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib. O, Qarabağ münaqişəsinin tarixindən ətraflı danışaraq qeyd edib ki, Azərbaycan rəhbərliyinin münaqişəni sülh yolu ilə həlli üçün bütün səylərinə baxmayaraq, erməni tərəfi vəziyyəti diplomatik cəhətdən tam çıxılmaz vəziyyətə salmışdı. Belə bir şəraitdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb və nəticədə torpaqlarımız azad edilib. Azərbaycan xalqı, Azərbaycan Ordusu ölkənin suverenliyi və ərazi bütövlüyü naminə “dəmir yumruq” kimi birləşib.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğu tərəfindən təşkil olunan tədbirdə iştirak edən konsulluğun əməkdaşları, şəhər ictimaiyyətinin və diaspor nümayəndələri Qoroxovaya küçəsi, ev 6-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirə lövhəsinin ətrafına toplaşaraq barelyefi önünə gül dəstələri qoyublar.
Sankt-Peterburqdakı Azərbaycan diasporunun nümayəndələri torpaqlarımızın işğaldan azad edilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycanın rəşadətli Ordusuna minnətdarlıqlarını bildiriblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts