Yusif Vəzir Çəmənzəminlinin dilçilik görüşləri ilə bağlı kitab çapdan çıxıb

Tokio, 8 dekabr , /AJMEDIA/

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı “Şuşa torpağında doğulan dilçi alim Yusif Vəzir Çəmənzəminli” kitabı çap olunub.
İnstitutdan AJMEDIA-ya bildirilib ki, kitabda Azərbaycanın görkəmli ziyalısı, ictimai-siyasi xadim, böyük yazıçı və alim Yusif Vəzir Çəmənzəminlinin (1887-1943) dilçilik görüşlərini, lüğətçilik fəaliyyətini özündə əks etdirən əsərləri, əlyazmaları toplanıb. Əlyazmaların fotofaksimilesi kitaba əlavə olunub. Alim-yazıçının müxtəlif əsərlərindən doğma şəhəri Şuşa barədə və dil haqqında elmi-ədəbi mülahizələri, dəyərli sözləri də seçilərək ayrıca təqdim edilib.
Yusif Vəzir Çəmənzəminlinin anadan olmasının 135 illiyi və “Şuşa İli”nə həsr olunmuş kitabın elmi redaktoru professor Nadir Məmmədli, rəyçiləri professor Leyla Vəzirova və şərqşünas Hacı Mustafa Mail oğludur. Kitabı nəşrə hazırlayan, transfoneliterasiya və tərtib edən, “Ön söz” və qeydlərin müəllifi institutun Terminologiya şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Hümmətlidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts