Yunan-Roma güləşçimiz Həsrət Cəfərov dünya çempionatının qalibi olub

Tokio, 4 Noyabr, /AJMEDIA/

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.

AJMEDIA xəbər verir ki, yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) debütdə meksikalı rəqibini məğlub edib. H.Cəfərov daha sonra Rumıniya idmançısına tam üstünlüklə qalib gələrək dörddəbir finala yüksəlib. Qazaxıstan idmançısına da heç bir şans tanımayan güləşçimiz adını yarımfinala yazdırıb. Türkiyə güləşçisindən də güclü olan həmyerlimiz dünya çempionatının finalına yüksəlib. Qızıl medal uğrunda görüşdə idmançımızın rəqibi Məhəmməd Rezayi (İran) olub. Həlledici görüşdə də qələbə qazanan güləşçimiz U-23 dünya çempionatının qalibi olub.

Qeyd edək ki, H.Cəfərov bu ilin avqustunda Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatında və 1 ay sonra Kazandakı I MDB Oyunlarında qızıl medal qazanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts