Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var

Tokio, 11 may , /AJMEDIA/

Azərbaycanda mayın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağışın günün birinci yarısında kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13°, gündüz 15-18° isti, Bakıda gecə 10-12°, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 768 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-13°, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı ehtimal edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts