Site icon AJMEDIA Azərbaycanca

Yüksək Liqa: “Azərreyl” və “Murov Az Terminal” qələbə qazanıb

Tokio, 12 mart , /AJMEDIA/

Bu gün qadın voleybolçuların Yüksək Liqasında XVII turun oyunlarına start verilib.

AJMEDIA xəbər verir ki, günün ilk matçında “Milli Aviasiya Akademiyası” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər. Görüş ikincilərin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyununda “Azərreyl” “Gəncə”ni qəbul edib. Qarşılaşma “dəmiryolçular”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Tura martın 13-də UNEC – “Abşeron” matçı ilə yekun vurulacaq. Qarşılaşma UNEC-in idman zalında təşkil olunacaq.

Bu nəticələrdən sonra xallarını 42-yə çatdıran “Azərreyl” turnir cədvəlinə başçılıq edir. “Murov Az Terminal” 37 xalla ikinci, bir oyun az keçirən “Abşeron” isə 33 xalla üçüncü pillədə qərarlaşıb.

Exit mobile version