Site icon AJMEDIA Azərbaycanca

“Yomiuri” qəzeti: Yaponiya “Asiya NATO-su”nun yaradılmasını müzakirə etməyə başlayıb

Tokio, 1 dekabr, /AJMEDIA/

Yaponiya hakimiyyəti Şimali Atlantika Alyansının Asiya analoqunun yaradılmasını müzakirə etməyə başlayıb.

AJMEDIA xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, “NATO-nun Asiya versiyası”nın yaradılması ideyası hakim Liberal Demokrat Partiyası tərəfindən nəzərdən keçirilir. Bununla bağlı Yaponiyanın Baş nazirinin göstərişi ilə xüsusi komitə yaradılıb.

Alyansın əsasını Asiya-Sakit Okean regionu dövlətlərinin iştirakı ilə Yaponiya və ABŞ arasında ittifaq təşkil etməlidir.

Exit mobile version