Yeni Zelandiyanın Baş naziri koronavirusa yoluxub

Tokio, 14 may , /AJMEDIA/

Yeni Zelandiya hökumətinin başçısı Casinda Ardern koronavirusa yoluxub.
AJMEDIA xəbər verir ki, bu barədə C.Ardern özünün instaqram səhifəsində bildirib.
“Bütün cəhdlərə baxmayaraq, mən də digər ailə üzvlərimə qoşuldum və COVID-19 testimin cavabı pozitiv oldu”, – deyə Baş nazir sosial şəbəkə hesabında bildirib.
Qeyd edək ki, Baş nazirin qızı və həyat yoldaşı da koronavirusa yoluxub. Bu səbəbdən C.Ardern mayın 8-dən özünütəcrid vəziyyətində idi.
Baş nazirin mayın 21-dək özünütəcrid vəziyyətində qalacağı qeyd edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts