Yeni Zelandiya sahillərində 6,9 bal gücündə zəlzələ olub

Tokio, 4 mart , /AJMEDIA/

Sakit okeanda, Yeni Zelandiyanın Kermadek adalarından 79 kilometr cənubda 6,9 bal gücündə zəlzələ olub.
AJMEDIA xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Geologiya Xidməti məlumat yayıb. Yerli vaxtla 19:41-də (Bakı vaxtı ilə 10:41) baş verən yeraltı təkanın ocağı yer səthindən 152 kilometr dərinlikdə olub. Avropa Seysmologiya Xidməti isə zəlzələnin gücünün 6,6 bal, ocağın dərinliyinin isə 183 kilometr olduğunu açıqlayıb. ABŞ-ın Sunami Xəbərdarlıq Sistemi zəlzələdən sonra sunami xəbərdarlığı elan etməyib.
Qeyd edək ki, 2019-cu ildə Kermadek adları yaxınlığında baş vermiş 7,2 bal gücündə zəlzələ Yeni Zelandiya sahillərində sunamiyə səbəb olmuşdu.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts