Site icon AJMEDIA Azərbaycanca

Yeni “Yad” filminin premyera tarixi açıqlanıb

Tokio, 4 iyul , /AJMEDIA/

Dünyaşöhrətli prodüser Ridli Skott yadplanetlilər dünyasında olan hadisələrdən bəhs edən məşhur “Yad” filminin yeni bölümünün təqdimatına hazırlaşır.
AJMEDIA kinonews.ru saytına istinadla xəbər verir ki, “20th Century” kinostudiyası “Yad” filminin növbəti bölümünün premyera tarixini açıqlayıb.
Rejissoru Federiko Alvarez olan film avqustun 16-da ekranlara çıxacaq.
Qeyd edək ki, filmin yeni bölümü digərlərindən fərqlənəcək, izləyiciləri maraqlı hadisələrlə bol kadrlar gözləyir. Süjet hələlik gizli saxlanılır, lakin ümumi konsepsiyanın dəyişməz qalacağı ehtimal edilir. “20th Century” kinostudiyası eyni zamanda bu layihənin mövzusu ətrafında serial hazırlayır.

Exit mobile version