Yeni nəşr: Osmanlı arxiv sənədlərində Qarabağ

Tokio, 30 sentyabr, /AJMEDIA/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi Zülfiyyə Vəliyeva Önlenin “XIX əsrin sonu – XX əsrin əvvəlində Osmanlı arxiv sənədlərində Qarabağ” kitabı çapdan çıxıb.

İnstitutdan AJMEDIA-ya bildirilib ki, kitabın müəllifi Osmanlı arxivinin 2009-cu ildə İstanbulda nəşr etdirdiyi və 1590-1920-ci illəri əhatə “Osmanlı bölgələrində Qarabağ” adlı sənədlər toplusundan XIX əsrin sonu – XX əsrin əvvəlinə aid 44 arxiv materialını tərcümə edərək, öz şərhləri ilə təqdim edib.

Seçilmiş arxiv materiallarında çar Rusiyası tərəfindən ermənilərin Osmanlı dövlətinə qarşı üsyana sövq edilməsi, ermənilərin Qarabağda törətdikləri qətliamlar, ermənilərin siyasi təşkilatları, qəzetləri və onların Avropa ölkələri ilə əlaqələri, rus, alman və gürcü ordu dəstələri ilə birlikdə Azərbaycan ərazilərində ermənilərin törətdikləri cinayətlər öz əksini tapıb.

Z.Vəliyeva Önlen arxiv materiallarının tərcüməsi və şərhləri ilə birlikdə onların Osmanlı dilindəki orijinal variantlarını və daha əvvəlcə nəşr edilmiş transliterasiya mətnlərini də hazırladığı kitabda təqdim edib. Kitabda əlavələr sırasında terminlər, toponimlər, Osmanlı dövlətinin idarə və təşkilatları, siyasi təşkilat, qəzet və şəxs adları təqdim olunub.

Nəşrin elmi redaktoru akademik Gövhər Baxşəliyevadır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts