Site icon AJMEDIA Azərbaycanca

Yeni Kaledoniya sahillərində 5,7 bal gücündə zəlzələ baş verib

Tokio, 17 dekabr , /AJMEDIA/

Sakit Okeanın Yeni Kaledoniya sahillərində (Fransa xaricində yerləşən ərazisi – Red) 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

AJMEDIA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 7,4 min nəfərin yaşadığı Tadine kəndindən 133 km şərqdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşir.

Exit mobile version