Yeni ilin gəlişi ilə əlaqədar paytaxtımız bayramsayağı bəzədilib FOTOREPORTAJ VİDEO

Tokio, 31 dekabr, /AJMEDIA/

Yeni təqvim ilinin gəlişinə saatlar qalıb. Ölkəmizin hər yerində olduğu kimi, paytaxt Bakımızda da 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişinə böyük həvəslə hazırlaşırlar.

AJMEDIA xəbər verir ki, bu il xalqımız bu bayramı böyük qürurla, qalib ölkənin vətəndaşı kimi iftixar hissi ilə qeyd edəcək. 44 günlük Vətən müharibəsində qazandığımız tarix Qələbə dünyanın dörd bir yanına səpələnmiş soydaşlarımızın da qəlbini fərəhlə doldurub, onları da əsl bayram əhvali-ruhiyyəsinə kökləyib.

Yeni ilin gəlişi ilə əlaqədar paytaxtın mərkəzi küçə və prospektləri, park və xiyabanları bayramsayağı bəzədilib. Hər tərəfdə hündür yolka (küknar) ağacları qurulub, ictimai binaların və evlərin fasadları, eyvanlar bayram libasına bürünüb. Şəhərin gecə görüntüləri xüsusilə cəlbedicidir. Hər tərəf rəngbərəng işıqlara qərq olub, küçələrin kənarındakı küknar ağacları al-əlvan bayram oyuncaqları ilə bəzədilib.

Şəhərin mərkəzi meydanlarında qurulan hündür yolka ağacının ətrafında artıq Şaxta baba da gözə dəyir. O da böyük həvəslə Yeni il şənliklərinin başlanmasını gözləyir.

Bütün bunlar paytaxt sakinləri ilə yanaşı, Bakıya üz tutan minlərlə qonağın zövqünü oxşayır.

AJMEDIA Bakı şəhərini bəzəyən Yeni il görüntülərini təqdim edir:

Follow us on social

Facebook Twitter Youtube

Related Posts