Site icon AJMEDIA Azərbaycanca

Yasamal kitabxanasının “Şəhidlər ölməz, Vətən bölünməz” layihəsi davam edir

Tokio, 23 avqust , /AJMEDIA/

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Şəhidlər ölməz, Vətən bölünməz” layihəsi davam edir.
AJMEDIA xəbər verir ki, layihə çərçivəsində şairlər, yazıçılar öz əsərlərini vaxtaşırı kitabxanaya təqdim edirlər.
Kitabxananın fəxri oxucusu Esmira Günəş növbəti dəfə “Zəfərin Amili –Amilin Xalisəsi” adlı məqaləsini kitabxanaya təqdim edib. Məqalədə şəhid Amil Hüseynovun həyat yoldaşı Xalisənin qələmə aldığı “Zəfərin Amili” kitabından danışılır.
Müəllif bildirir ki, Amilin onun qəlbinin qapılarını açdığı ilk gündən, şəhadətə qovuşmasından, yuxularına gəlməsindən, yarım qalan arzularına qədər hər sətir səhifələrə, səhifələr isə yığılaraq kitaba çevrilib.
“Zəfərin Amili” onların ilk körpəsidir. “Zəfərin Amili” azadlığın, bu azadlıqda hissləri ilə savaşan qadınların səsidir.

Exit mobile version