Yaralı Ukrayna hərbçilərinin yeni qrupu müalicə üçün İspaniyaya gələcək

Tokio, 13 yanvar , /AJMEDIA/

Gələn həftənin şənbə günü ukraynalı yaralı hərbi qulluqçularının yeni qrupu İspaniya hospitallarında müalicə olunmaq üçün bu ölkəyə gəlməlidir.
AJMEDIA xəbər verir ki, bunu İspaniyanın müdafiə naziri Marqarita Robles bəyan edib. Yaralılar Polşadan Krallığın hərbi hava və kosmik qüvvələrinə məxsus təyyarə ilə daşınacaq.
İspaniyalı nazir qeyd edib ki, 225 Ukrayna əsgəri Torrexon aviasiya bazasında təlim keçəcək. İspaniya tərəfindən təklif olunan tədris proqramlarına baza hazırlığı, yaralıların döyüş şəraitində müalicəsi, dəqiq atəş açmaq, əldəqayırma partladıcı qurğularla mübarizə, ərazilərin minalardan təmizlənməsi, zenit vasitələrinin tətbiqi və silahlı qüvvələrin ehtiyaclarından asılı olaraq yarana biləcək başqa məsələlər daxildir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts