Site icon AJMEDIA Azərbaycanca

“Yaradıcı oxucularımız” layihəsi davam edir

Tokio, 4 noyabr , /AJMEDIA/

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızı yeni yazdığı əsərlərini mütamadi olaraq kitabxanaya təqdim edərək kitabxanada həyata keçirilən bütün layihələrdə yaxından iştirak edir.
Müəllif bu dəfə “Yaradıcı oxucularımız” layihəsinə “Hər kəlməmin, hər sözümün bəzəyi Azərbaycandır!” şeirini təqdim etdi. Vətən sevgisini, azadlığı, qəhrəmanlığı tərənnüm edən müəllif ərənlər diyarı, azad, bütöv Azərbaycanı tərənnüm edir.
Hər kəlməmin, hər sözümün bəzəyi Azərbaycandır!
Qədimdir tarixi Odlar diyarımın…
Yolu Zəfər yolu böyük sərkərdənin!
Tufanlardan keçərək mətinləşmisən
Namərdlərə sinə gəlib bərkimisən.
İgidin bax adı qalar!
Müxənnətin nəyi qalar?
Təzədən doğulur igid, bil ölən gün…
Min-min oğulların da könüllülərin…
Düşərək bu yolun ölümsüzlüyünə.
Ərənlər diyarıdır Azərbaycanım!
Mənim Vətənim bütöv Azərbaycandır.
Ana yurdum, baş tacıdır Qarabağım.
Söyləyir:
Qüdrətli ordumuz – duysun cahan da!
Bütün bəşəriyyət!
Köksümdə çırpınan bax, mənim canımdır.
Qarabağ candır,
Bilin məhz Azərbaycandır.

Exit mobile version