“Yaradanlar” filmi “Oskar” mükafatına namizədlər arasında yer alıb

Tokio, 15 noyabr , /AJMEDIA/

Azərbaycanlı rejissor Şamil Əliyevin “Yaradanlar” ( CREATORS) filmi 95–ci Oskar Akademiyasının mükafatına namizədlərin siyahısına daxil olunub.
AJMEDIA xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə 2020–ci ildə “Salnamə” kinostudiyasında lentə alınan “Yaradanlar” filmi beynəlxalq festivallarda zəfər yürüşünü uğurla davam etdirir.
Ekran əsəri XX əsrin görkəmli Azərbaycan memarları Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda kommunist–bolşevik ideologiyasının Azərbaycanın mədəni irsinə və düşüncə tərzinə amansız təsirinin öyrənilməsindən bəhs edir.
Qeyd edək ki, 95–ci “Oskar” mükafatlarının təqdimetmə mərasimi 2023–cü ilin martın 12–də keçiriləcək.
Filmin ideya müəllifi professor Elbay Qasımzadə, ssenari müəllifi Xalq yazıçısı Natiq Rəsulzadə, quruluşçu operatoru Rüfət Süleymanov, rəssamı Lalə Hüseynzadə, bəstəkarı Azər Əsgərov, prodüseri Nazim Hüseynovdur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts