Yaponiyanın xarici işlər naziri ASEAN ölkələrinin XİN rəhbərləri ilə Kambocada görüşəcək

Tokio, 2 avqust , /AJMEDIA/

Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) üzvü olan ölkələrinin XİN rəhbərləri ilə görüşmək üçün avqustun əvvəllərində Kambocaya səfər edəcək.
AJMEDIA xəbər verir ki, bu barədə nazir avqustun 2-də Tokioda keçirilən mətbuat konfransında bildirib.
“Avqustun 3-dən 6-dək mən ASEAN tədbirlərində iştirak etmək üçün Kambocaya gedəcəyəm. ASEAN azad və açıq Hind-Sakit okean regionu layihəsinin reallaşması üçün əsas aparıcı qurumdur. Bu istiqamətdə əməkdaşlığı təsdiq etmək niyyətindəyəm”, – deyə nazir qeyd edib.
Y.Hayaşi, həmçinin səfər çərçivəsində həmkarları ilə Ukrayna ətrafında, Cənub Çin və Şərqi Çin dənizlərində vəziyyət barədə fikir mübadiləsi aparmaq niyyətində olduğunu deyib.
Nazirin Yaponiya-ASEAN formatında, eyni zamanda, Çinin və Cənubi Koreyanın nümayəndələrinin iştirakı ilə keçiriləcək müzakirələrə qatılacağı gözlənilir.
Xatırladaq ki, 1967-ci ildə təsis edilən ASEAN bu gün özündə on ölkəni (Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tailand və Filippin) birləşdirir. 2022-ci ilin əvvəllərindən təşkilata Kamboca sədrlik edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts