Yaponiyanın Xalq-Demokratik Partiyasının lideri atom sualtı qayıqlarından istifadə olunmasını təklif edib

Tokio, 19 iyun , /AJMEDIA/

Yaponiyanın müxalifətdə olan Xalq-Demokratik Partiyasının (XDP) lideri Yuiçiro Tamaki ölkənin atom sualtı qayıqlarından istifadə olunması imkanlarını araşdırmağı təklif edib.
AJMEDIA xəbər verir ki, bu barədə o, iyunun 19-da “Fuji” telekanalında keçirilən debatlar zamanı bəyan edib.
XDP lideri qeyd edib ki, kəşfiyyat məqsədilə, həmçinin dronlardan və süni peyklərdən də istifadə olunmalıdır. Onun sözlərinə görə, sualtı qayıqlar regionda Yaponiya ətrafında gərginliyin artdığı bir vaxtda mühüm çəkindirici vasitə rolunu oynaya bilər.
Yaponiyanın Baş naziri, hakim Liberal Demokratik Partiyanın (LDP) sədri Fumio Kişida isə bildirib ki, atom sualtı qayıqlarından istifadə Yaponiyanın qəbul etdiyi üç qeyri-nüvə prinsipinin pozulması demək olar. Həmin prinsiplərə görə, Yaponiya nüvə silahının istehsalı, istifadəsi və öz ərazisinə gətirilməsindən imtina edir.
Xatırladaq ki, Yaponiya parlamentinin yuxarı palatasına seçkilər iyulun 10-na təyin edilib. Hazırda bu palatada 245 üzv var. Yerlərin əksəriyyəti -138 deputat mandatı hakim LDP-yə və onun koalisiya tərəfdaşı olan “Komey-to” Partiyasına məxsusdur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts